Cümə , 9 May 2025
Drone Cameras

İranda həkim polis idarəsində döyülərək qətlə yetirilib

İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 24 yaşlı həkim İbrahim Riqi polis bölməsində döyülərək öldürülüb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “RadioFarda” yayıb.

Qeyd edilib ki, o, şəhərdəki etiraz aksiyaları zamanı iki dəfə saxlanılıb. İ.Riqi birinci dəfə girov qarşılığında zaminə buraxılıb, ikinci dəfə isə polis bölməsində döyülərək öldürülüb.

Məhkəmə tibbi ekspertizası onun meyitinə baxış zamanı paltarının cırılmış halda olduğunu və döyülərək öldürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, gənc həkimin Zahidanda keçirilən etiraz aksiyaları zamanı yaralananlara tibbi yardım etdiyi bildirilib.

Check Also

Ərdoğan: Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək

Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək. Boyukmillet.com …