Cümə , 20 Fevral 2026
Drone Cameras

İrandakı hücumları İŞİD üzərinə götürdü

Xəbər verdiyimiz kimi, İranda bu gün iki strateji hücum təşkil olunub. İran Parlamentinə edilən birinci hücumda 7 nəfər öldürülüb, 4 nəfər isə girov götürülüb. İkinci hücum Ayətullah Xomeyninin məzarı qarşısında baş verib. Orada da 4 silahlı təcavüzkar türbənin içinə girməyə çalışıb, 1 nəfər öldürülüb, 5 nəfər yaralanıb. 
 
Xomeyninin məzarında təcavüzkarlardan birinin üzərindəki bomba yüklü jileti partlayıb. Qadın olduğu açıqlanan bir təcavüzkarın isə sianid içib intihar etdiyi bildirilir. İran parlamentində 4 nəfəri girov götürən təcavüzkar isə üzərindəki bombalı jiletlə intihar hücumu həyata keçirib. 
 
Moderator.az xəbər verir ki, İranda törədilən hər iki hücumu İŞİD üzərinə götürüb. İŞİD-ə aid olduğu bilinən sosial media hesabında “Tehranın mərkəzindəki Məclisə və Xomeyninin məzarına hücumu İslam dövlətinin döyüşçüləri edib”-deyə yazılıb. 
 
Qeyd edək ki, bu hücum İŞİD terror təşkilatının İranda təşkil etdiyi ilk hadisə oldu.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir