Şənbə , 6 Dekabr 2025
Drone Cameras

İrandan 17 ölkənin 600-dən çox vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub

İrandan 17 ölkənin 600-dən çox vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub.

Boyukmillet.com-un məlumatına görə, artıq humanitar keçid beş gündür yüksək səviyyədə həyata keçirilir.

Bildirilib ki, İsrail-İran müharibəsi başlayandan 600-dən çox şəxsin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən rahat keçidi təmin edilib. Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu siyahıda 17 ölkənin vətəndaşları var.

Bu siyahıda MDB ölkələrindən Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan yer alır. Avropa ölkələrinə gəlincə, Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya, Portuqaliya vətəndaşlarının müraciət əsasında təxliyələri həyata keçirilib.

Vətənlərinə yola salınan əcnəbilər arasında az da olsa, ABŞ, BƏƏ, Çin və Vyetnam vətəndaşları da var.

Təxliyə olunanlar İran tərəfdə Azərbaycana keçmək üçün yüzlərlə şəxsin növbə gözlədiyini bildiriblər.

Check Also

Əziz Ələkbərli: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir

Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi …