Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İrandan Azərbaycana 17 kq narkotik keçirilməsinin qarşısı alınıb

Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilən 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq marixuana, 2 kq 100 qram tiryək və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd metadon-40 həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …