Çərşənbə , 9 Aprel 2025
Drone Cameras

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, saxlanılan var

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, bir nəfər saxlanılıb:

“Belə ki, martın 18-də 6 kiloqram 670 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Fuad Əlimədət oğlu Vahidov saxlanılıb. Eyni zamanda martın 25-də keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə 10 kiloqram 600 qram narkotik vasitə marixuana aşkarlanaraq xidməti ərazidən götürülüb”.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq faktı ilə bağlı 4 nəfər həbs edilib, anasına cinayət işi açılıb

Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb. Boyukmillet.com xəbər verir …