Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

İranın vitse-prezidenti Zərif istefa verib

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, prezident Məsud Pezeşkiaan hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …