Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

İraq parlamenti sədrinin iqamətgahına raket atılıb, 2 nəfər yaralanıb

İraq parlementinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahına atılan raket nəticəsində 2 nəfər yaralanıb.

Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq hökumətinə bağlı KİV şəbəkəsinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hadisə Ənbar əyalətinn Garma rayonunda baş verib. Bildirilib ki, parlament sədrinin doğulduğu Garma rayonuna 4 raketlə terror hücumu olub. Raketlərdən biri Məhəmməd əl-Halbusinin iqamətgahına düşüb.

Halbusinin ofisindən hadisə ilə bağlı açıqlama verilməyib.

Check Also

Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb

Çinin əyaləti saydığı Tayvanın Silahlı Qüvvələri “Lutszian-2” yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb. Boyukmillet.com xəbər …