Bazar ertəsi , 20 May 2024
Drone Cameras

İraq Prezidenti: Amerika koalisiyasının ölkəmizdəki fəaliyyəti tənzimlənməlidir

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqdakı fəaliyyəti aydın şəkildə tənzimlənməlidir ki, o, öz işini davam etdirə bilsin.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid ABŞ-nin Bağdaddakı səfiri Alina Romanovski ilə görüşündə deyib.

Onun sözlərinə görə, koalisiya qüvvələri yalnız İraqın təhlükəsizlik qüvvələrinə kömək üçün hərəkət etməlidir.

İraqın dövlət başçısı, həmçinin koalisiya qüvvələrinin fəaliyyətini müəyyən şəkildə məhdudlaşdırmağa imkan verəcək xüsusi reqlamentlərin hazırlanmasının vacibliyini vurğulayıb.

Əbdüllətif Camal Rəşid eyni zamanda qeyd edib ki, ölkəsi Yaxın Şərq regionu və bütün dünya ilə balanslaşdırılmış əlaqələr qurmağa çalışır.

Qeyd edək ki, yanvarın 5-də Baş nazir Məhəmməd əl-Sudani beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunun başa çatdığını və Bağdadın ölkədə xarici hərbçilərin mövcudluğuna son qoymaq üçün konkret tədbirlər görmək niyyətində olduğunu bildirib. Bundan əvvəl, yanvarın 4-də “Hizbullah” hərəkatının komandirlərindən biri Əbu Təqva İraqın paytaxtında Amerika pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …