Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

İraqda İŞİD-in hücumu zamanı 7 nəfər həlak olub, onlarla yaralı var

İraqın şimalında dəfn mərasiminə silahlı hücum nəticəsində azı 7 nəfər həlak olub, daha 17 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Al Sumaria” telekanalı bildirib.

Məlumata görə, hücum Salah-əd-Din əyalətində, Yasrib şəhəri yaxınlığında (Bağdaddan 45 kilometr şimalda-red) İŞİD terror qruplaşmasının silahlıları tərəfindən törədilib.

Qeyd edilir ki, terrorçular ayinlər üçün icarəyə verilən xidməti avtomobilə hücum ediblər. Həlak olanlar arasında təşkilatın əməkdaşları, dinc sakinlər, həmçinin İraqın təhlükəsizlik xidmətinin nümayəndələri də var.

Yerli hakimiyyət orqanları təqsirkarları qısa müddətdə tapmağı və cəzalandırmağı söz verərək, hadisənin araşdırılmağa başladığını bildirib.

Check Also

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran …