Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

İraqın şimalında Türkiyə hərbçisi şəhid olub

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində STT (separatçı terror təşkilatı, hərbi qurum STT altında əksərən PKK-nı nəzərdə tutur – red.) üzvləri baza ərazimizə sızmağa cəhd göstərməsi nəticəsində baş vermiş qarşıdurmada qəhrəman silahdaşımız müqaviləli sıravi əsgər Salih Ay şəhid olub, qəhrəman silahdaşımızın biri yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya yerləşdirilib və onun müalicəsinə başlanılıb. İlkin vəziyyətə görə, başlayan qarşıdurmada altı terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, – mətbuat xidməti açıqlayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …