Cümə , 29 Mart 2024
Drone Cameras

İraqlı deputat: “Azərbaycanın yanındayıq, xoş xəbərlər gözləyirik”

“Biz İraq türkmənləri olaraq azərbaycanlı qardaşlarımızın haqlı davasını dəstəkləyirik”.

Bunu “Report”a açıqlamasında Ərbil şəhərindən İraq Türkmən Cəbhəsini (ITC) ölkə parlamentində təmsil edən millət vəkili Aydın Maruf deyib.

Onun sözlərinə görə, Ermənistan artıq 30 ildir Azərbaycanın sülh çağırışlarına məhəl qoymadan dünyanın gözü qarşısında cinayət işləməyə davam edir: “Bu illər ərzində Ermənistan işğalçılıq siyasətindən bir addım belə geri addım atmadı. Onların sərhəd bölgəsində mülkü əhaliyə qarşı törətdikləri cinayət insanlığa və beynəlxalq hüquqa tamamilə ziddir. Xüsusilə son vaxtlarda Ermənistan tərəfindən Azərbaycana qarşı mütəmadi olaraq davam edən təxribatlar bölgədə sülhü, insan haqlarını və beynəlxalq hüququn pozulması deməkdir. Heç bir səbəb bundan sonra Azərbaycanı dayandıra bilməz. Bu gün güclü Azərbaycan dövləti və ordusu var. O, sadəcə irəli gedib öz torpaqlarını işğaldan azad etməlidir”.

A.Maruf bütün türkmənlərin Azərbaycanın yanında olduğunu, xoş xəbərləri həyəcanla gözlədiyini vurğulayıb: “Gözəl xəbərlər alırıq. Ürəyimiz Azərbaycan əsgərinin qəlbi ilə döyünür. Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır! Azərbaycanda şəhid olan hər bir əsgər bizim övladımızdır. Ərbildən türkmənlər adından azərbaycanlı qardaşlarımıza səslənirik və deyirik ki, möhkəm olun, ürəyimiz sizinlədir! Qələbə bizim olacaq!”

Vüsalə Abbasova 

Check Also

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım – FOTO

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”. Boyukmillet.com bildirir ki, bu sözləri Xalq artisti …