Buğun İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ofisində görüş keçirilib.
Bu barədə QHT.az-a məlumat verən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli bildirib ki, dahi dramaturq, repressiya qurbanı Hüseyn Cavidin məzarını vətənə gətirən dövlət komissiyasının sədri Həmid Cəfərovun illərdir qoruduğu zəngin arxiv İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbə təqdim edildi.
Arxiv sənədlərini məktəbin rəhbəri, fəlsəfə doktoru Şərqiyyə Məmmədova qəbul edib.
Toplanmış arxivdə Hüseyn Cavidin vətənə nəşinin gətirilməsi istiqamətində həyata keçirilən bütün proseslər yer alır.
Qeyd edək ki, Həmid Cəfərov İSBAM sədrinin müşaviridir. Bu il Hüseyn Cavidin 140 illiyidir. Bu münasibətlə ölkə başçısı İlham Əliyev tərəfindən sərəncam imzalanıb.