Şənbə , 20 Aprel 2024
Drone Cameras

İSBAM Qazaxda tətbir keçirib

Qazax rayonunun Gənclər Mərkəzində İSBAM-nin təşkilatçılığı ilə “Unutmayaq ki, Unudulmayaq” adlı, könüllü döyüşçü Vəfa Dəmirçioğlunun xatirəsinə həsr olunmuş möhtəşəm tədbir keçirilib.

Tədbir rayonun Şəhidlər Xiyabanını və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlamışdı, sonra rayonun Gənclər Mərkəzində davam etmişdir. Tədbir Dövlət homni ilə açılaraq, şəhidlərin ruhunu 1 dəqiqə sükutla yad edildi. Sonra şəhidin həyat yolundan bəhs edən sənədli film nümayiş edilmişdir. RİNB müavini Gülayə Həsənova , İSBAM-nin sədri, Samir Adgözəlli, sədrin müşaviri Yasəmən Möhübbətqızı, Canlı şəhid , zabit Aidə Şirinova, şəhidin bacısı Zərəngiz Qayalı, döyüşçü yoldaşları çıxış edərək Vəfanın bu günkü gənclərdə milli ruhun yaranmasında bir nümunə olduğunu qeyd etdilər. Gənclərin milli ruhlu şerləri tədbirə xoş ovqat qatdı. Gənclərimizə bu gün informasiya müharibəsində erməni yalanlarını ifşa etmək üçün, tariximizi, tarixi şəxsiyyətlərimiz və vətən üçün canından keçən qəhrəmanlarımız haqqında biliklərə yiyələnməyi tövsiyyə etdilər. Tədbir “Yaşa Azərbaycan” adlı mahnı ilə sona çatdı.

Tədbir ‘Dövlət və Qanun’ qəzetinin və Boyukmillet.com informasiya portalının dəstəyi ilə keçirilib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …