Cümə , 29 Mart 2024
Drone Cameras

İSBAM sədri xalqımızı təbrik etdi

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edib.

Boyukmillet.com təbriki təqdim edir.

Əziz bacılar və qardaşlar!
Novruz bayramı münasibəti ilə hər birinizi, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı səmimi qəlbdən təbrik edirəm. Novruz-Bahar bayramı, torpağın oyanması bolluq bərəkət rəmzi olmaqla yanaşı həmdə milli bayramımızdır. Novruz adət-ənənələrimizi, tariximizi milli ruhumuzu ayaqda tutan bir bayramdır. Çətin ağır dövrlərdə imperiya tərəfindən Novruz bayramının keçirilməsi qadağan edilməsinə baxmayaraq xalqımız bu adət ənənəmizi milli bayramını hər zaman yüksək əhval ruhiyyə ilə qeyd etmişdir.
Bu il keçirdiyimiz Novruz bayramı xalqımızın həyatında  xüsusi bir yer almaqdadır. 30 ildir hər bayramda növbəti bayramımızı azad olunmuş torpaqlarda keçirmək arzusu ilə qeyd edirdik. Müzəffər Ali Baş Komandanımız, prezident İlham Əliyev demişkən ” Allah xalqımızın səsini eşitdi biz bu bayramı Şuşada, Qarabağımızda qeyd edirik.”

Xalqımıza bu milli qürur hissini yaşadaraq müqəddəs bayrağımızın Qarabağımızda, Şuşada dalğalandıran Ali Baş Komandana və qəhrəman ordumuza sonsuz təşəkkürlər edirik. Novruz bayramında Şuşa sevincini bizə yaşadan qəhrəman şəhidlərimizin ruhu qarşısında hörmət və ehtiramla baş əyir, sizləri və bütün dünya azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edirəm. Millətimizə, dövlətimizə xeyirli bərəkətli xoş firavan həyat arzulayıram.

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …