İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşəbbüsü ilə Respublika Veteranlar Şurasında “Vətən saatı” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan RVŞ-nin sədr müavini polkovnik Cəlil Xəlilov hərbi vətənpərvərlik ruhunun təbliğində “Vətən saatı” adlı lahiyənin həyata keçirilməsinin önəmini qeyd edərək veteranların hər zaman milli ruhu aşılayan tədbirlərdə fəal olduqlarını bildirdi.
İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli veteranlar qarşısında çıxış edərək, yeni nəslin milli ruhda tərbiyə edilməsində Azərbaycan Silahli Qüvvələri veteranlarının da özünə məxsus rolu olduğunu bildirdi. “Vətən saatı” adlı lahiyə də ölkəmizdə dövlətçilik mövqeyinin və vətənpərvərlik ruhunun təbliği üçün fəaliyyətə başlamışdır. Belə bir lahiyə çərçivəsində sizinlə görüşümüz gələcək tədbirlərin uğurla həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.
Tədbir daha sonra vətənpərvərlik mövzusunda kitabların müəllifi kimi tanınan yazıçı Azər Hacıbəylinin “Vətən saatı” adlı lahiyə çərçivəsində Mehdi Hüseynzadənin 100 illiyinə həsr etdiyi kitab ətrafında çıxışlarla davam etdi. İstefada olan Polkovnik-leytenant Nobel Muradxanlı Mehdi Hüseynzadəyə həsr olunmuş əsər haqqında fikirlərini bildirərək, Qəhrəmanın bütün xüsusiyyətləri ilə canlandırılmışdır. Qəhrəmanları tanıdanlar özləri bir Qəhrəmandır deyərək yazıçı A.Hacıbəyliyə təşəkkürünü bildirdi.
Azər Hacıbəyli Mehdi Hüseynzadəyə həsr etdiyi kitab haqqında deyilən xoş fikirlərə təşəkkürünü bildirərək “Vətən saatı” adlı lahiyə çərçivəsində Qəhrəmanlarımızın tanıdılması istiqamətində hər bir addımın gənc nəsildə vətənə sevginin daha da artırılmasının qarşımızda məqsəd olduğunu bildirdi.
İSBAM sədrinin müşaviri, Beynəlxalq Sülh Səfiri Yasəmən Möhübbətqızı veteranlar qarşısında çıxışında “Vətən saatı” adlı lahiyəyə onları qoşulmağa dəvət edərək xüsusən gənclər, tələbələr və əsgərlərlə keçirilən görüşlərdə müharibə veteranlarının yaxından iştirak etməsinin vacibliyini qeyd etdi.
Professor Nurulla Əliyev Faşizm üzərində qələbənin ildönümü ərəfəsində Azərbaycan xalqının Qəhrəman övladlarının xatirəsinin yad edilməsini və onlardan biri olan Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş əsərin gənc nəslin vətənpərvərlik hissi ilə böyüməsinə gözəl bir töhvə vermişdir.
Tədbirdə iştirak edən 9 qat dünya çempionu Araz Musayev və digərləri də çıxış edərək “Vətən saatı” adlı lahiyənin milli vətənpərvərlik ruhunun ölkəmizdə daha yüksəldilməsi yolunda uğurlu bir addım olduğunu bildirdilər.
Görüşdə Respublika Veteranlar Şurası adından Polkovnik Cəlil Xəlilov İSBAM sədri Samir Adıgözəlliyə və yazıçı Azər Hacıbəyliyə RVŞ-nın yubiley medalını təqdim etdi.
İSBAM mətbuat xidməti.