Şənbə , 28 Dekabr 2024
Drone Cameras

İŞİD ən çox rusdilli əhali arasında populyardır – sensasion səbəblər…

Terror təşkilatı yayılma coğrafiyası və kütləviliyinə görə öz təbliğatını əsasən rus dilində aparır; bu səbəbdən rusdilli gənclər onların təsiri altına daha tez düşür

Tarixin ən qanlı və varlı terrorçu təşkilatı sayılan İŞİD son zamanlarda ard-arda məğlubiyyətlərə düçar olur. Noyabrın 8-də terror təşkilatı Suriyada son istinadgahı, Əbu Kamal şəhərini hökumət qüvvələrinə təslim edib. Bundan daha öncə, təşkilat İraqdakı başlıca dayaq nöqtəsi Mosulu, oktyabrın 18-də isə qeyri-rəsmi paytaxtı Raqqanı itirib. Oktyabrın 22-də Suriya hökuməti İŞİD-in əsas gəlir mənbəyi sayılan Əl Ömər neft yatağını onların əlindən alıb. 

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı ərazi itkilərinə razılaşsa da, həqiqi məğlubiyyətini qəbul etmir və bunu öz təbliğat vasitələrində taktiki gediş kimi qələmə verir.

Bundan başqa İŞİD öz mübarizəsini həqiqi döyüş meydanları ilə bərabər virtual məkanda da davam etdirir. Rusiya mətbuatının yazdığına görə, terrorçular bu məsələdə RF və MDB ərazisində olduqca uğurla hərəkət edirlər.“Soufran Group”un (bu şirkət təhlükəsizlik sahəsində çalışır) məlumatlarına əsasən, Rusiya İŞİD-in tərkibində vuruşan vətəndaşlarının sayına görə Səudiyyə Ərəbistanı və Tunisi də ötüb. 2016-cı ilin martında isə Rusiya xarici işlər nazirliyi terrorçuların sıralarında 3417 vətəndaşının savaşdığını təsdiqləyib”, – “Novaya qazeta” yazır.

Qəzetin qeyd etdiyinə görə, İŞİD-in rusdilli təbliğatı sadəcə Şimali Qafqaza deyil, Sibir, Volqaboyu ərazilərə, həmçinin Mərkəzi Asiyaya yayılıb.Bunun üçün İŞİD yüksək peşəkarlıq qabiliyyətinə malik təbliğat maşınını işə salıb. Bu struktur iki hissədən ibarətdir:

– Bunlar “Əl Furkan media” və “Əl Həyat” kimi mərkəzdən idarə olunan mətbuat, ikincisi isə regional KİV-lərdir. Bundan başqa “AMAQ News” agentliyi “xilafət”lə bağlı rəsmi informasiyaları yaymaqla məşğuldur.

Qəzetin qeyd etdiyinə görə, İŞİD təbliğatçıları adi döyüşçüdən fərqli olaraq daha xüsusi yerə malikdirlər və onlara cihadçılardan 7 dəfə artıq pul ödənilir.

Faktiki mövcudiyyətindən bu yana terror təşkilatı 41 min media-reliz dərc edib. “Nyu York Tayms”ın məlumatlarına əsasən İŞİD tərəfdarları sosial şəbəkələrdə 2,3 milyard akkaunt (!) yaratmağa müvəffəq olub.2015-ci ilin yayında isə terrorçular rusdilli “Firat media”nın yaradıldığını elan ediblər. Bundan öncə isə təşkilatın tərkibində vuruşan çeçen döyüşçüləri “Fi Syria” saytını yaratmışdılar. 

“Furat media” İŞİD-in hərbi komandiri, gürcü əsilli terrorçu Ömər Şişaninin (Tarxan Batiraşvili) sağ əli Əbu Cihad (İslam Atabiyev -Rusiyanın Qaraçay -Çərkəz bölgəsinin Üst-Cequt kəndindəndir) tərəfindən rəhbərlik edilib. Məhz Əbu Cihad Şimali Qafqazdakı terror qruplaşmalarını Bağdadiyə biət etməyə, habelə İŞİD tərkibində “Qafqaz vilayəti”nin elan etdirməyə müvəffəq olub.
Mətbuatın yazdığına görə, terrorçular əsasən gəncləri cəlb etməkdən ötrü ən yeni texnologiyalardan istifadə edirlər. Bundan ötrü onlar hətta mobil telefonlarda xüsusi proqramlar və əlavələr yaratmağı da bacarıblar.

Bundan başqa bu insanlar müxtəlif dini hekayələr, habelə qiyamət ssenariləri ilə gənclərin beynini yuyurlar. Bu cür rəvayətlərdən biri də guya Suriyanın Dəbik şəhərinin yaxınlığında müsəlmanlarla kafirlərin son döyüşünün baş verəcəyi ilə bağlı əfsanədir. Məhz bu səbəblə Dəbikin şərəfinə onlayn jurnal da çıxarılıb. 2014-cü ildə isə Cihadi Con adlı britaniyalı Dəbikdə Amerikalı humanitar təşkilatın əməkdaşı Piter Kassinqin başını kəsib. İŞİD-ə yeni qatılan, beyni yuyuan gənclər isə Dəbikdə həqiqətən son döyüş üçün getdiklərini düşünürlər. Bu cür mifoloji çağırışlar minlərlə terrorçunu səfərbər etməyə qadirdir.

İŞİD Dəbik-dən başqa “Rumiyə” adlı jurnalı da təbliğat məqsədilə çıxarır. Jurnal dünyanın 10 dilində yazılaraq yayılır. Burada əsasən “xilafət”in yaşam tərzinin təbliğatı aparılır. Mətbuatın qeyd etdiyinə görə, terror təşkilatı Avropadakı təbliğat fəaliyyətlərini, o cümlədən liderlərinin fitvalarını, çağırışlarını bu jurnal vasitəsilə çatdırır.Oktyabrın əvvəllərində Bağdadinin özü tərəfindən 46 dəqiqlik videoda terror təşkilatının üzvlərinə terroru genişlətməklə bağlı direktiv-çağırışı yayımlanıb.

Müşahidəçilərin qeyd etdiyinə əsasən jurnalda artıq insanların dini yaşam tərzindən daha çox cihad çağırışları üstünlük təşkil etməyə başlayıb. “Radikallığın və siyasi zorakılığın araşdırılması üzrə beynəlxalq mərkəz”in (İSCR) verdiyi məlumata görə, 2015-ci ilə qədər təbliğat materiallarının 53% xilafətdəki rifah həyat barədə utopiyaya, 39%-i isə cihadın romantikləşdirilməsinə həsr olunurmuş. Lakin Mosul uğrunda gedən döyüşlərdən sonra təbliğatın 80%-i cihada yönləndirilib. Rumiyə jurnalı bundan başqa “ədalətli terror”un taktikası, üsulları, o cümlədən yük maşınlarının insanların üzərinə sürülməsi, onların necə əldə olunması ilə bağlı məsləhətlər də verib. İyulun 3-də isə İŞİD öz kanalları vasitəsilə 66 səhifəlik “Yalquzaq üçün məlumat kitabçası” adlı məramnamə dərc edir. Burada təklikdə fəaliyyət göstərən terrorçular üçün göstəriş və təlimatlar yer alıb.Məhz bu təlimata uyaraq 29 yaşlı özbək Saypulla Saitov oktyabrın 21-də Nyu Yorkda yük maşınını kütlənin üzərinə sürərək 8 nəfəri öldürüb, 12-ni isə yaralayıb. Polis onun telefonunda İŞİD-lə bağlı 90 video və 380 fotoşəkil aşkar edib.

Yük maşınlarının dinc insanların üzərinə sürülməsi ilə bağlı bənzər terror hadisələri, amma daha qanlı formada Nitsada (Fransa, 86 ölü), Barselonada (13 ölü), Berlində (12 ölü), Stokholmda da törədilib.Bütün bunlar Azərbaycan dövləti üçün ciddi siqnaldır. Bilindiyi kimi ölkəmizdə rusdilli sayıla biləcək əhəmiyyətli sayda insanlar var. Ən maraqlısı da radikal dini fikirlərin ən populyar olduğu təbəqə məhz rusdilli insanlardır. Bu da əsasən İŞİD materiallarının, ədəbiyyatın, videoların yuxarıda adı çəkilən fikir terrorçularının vasitəsilə əsasən rus dilində yayılması ilə bağlıdır….

 

Boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir