Cümə , 29 Mart 2024
Drone Cameras

Əyləncə üçün 358 canlını öldürdü, polis izinə düşdü

İngiltərədə iki ildə 358 heyvanı öldürən cani polis tərəfindən axtarılır.

Boyukmillet.com publika.az-a istinadən xəbər verir ki, London polisi 2015-ci ildə heyvanları öldürən caninin indi də qadınları hədəf ala biləcəyini bəyan edib.
Belə ki, qatil və ya qatillərin 2015-ci ildə 8, keçən il 114, bu il 246 heyvanı eyni üsulla öldürdüyü bildirilir.

Araşdırmanı aparan əməliyyat qrupunun rəhbəri Andi Colin mətbuata açıqlamasında bildirib ki, hadisə yerində apardığımız araşdırma qatilin bu əməlindən zövq aldığını sübut edir.
“Artıq heyvanları öldürmək eyni zövqü almadığına görə, insanlar xüsusən də, qadın və qızları hədəf almasından narahatıq”, -deyə açıqlama verib.

Öldürülən heyvanlar arasında pişiklər üstünlük təşkil etsə də, dovşanlar və tülkülər də var. Heyvanlar öldürüləndən sonra parçalara ayrılır və sahiblərinə göndərilir və ya evlərə yaxın bölgələrə atılır.

Polis heyvanları öldürənin tək bir nəfər yoxsa qrup olmasından şübhələnir. Bəzi məlumatlarda isə onun 40 yaşında bir kişi olduğunu deyilir.

Aralarında PETA-nın da olduğu, heyvan hüquqları müdafiə təşkilatları qatilin tapılması üçün 10 min sterlinq mükafat ayırdığını açıqlayıb.

 

Boyukmillet.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir