Şənbə , 27 Aprel 2024
Drone Cameras

İsmail Demir: “Türkiyənin F-35 proqramından çıxarılması haqsızlıqdır”

“Türkiyənin F-35 proqramından çıxarılması haqsızlıqdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayəsi naziri İsmail Demir “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, S-400 hava hücumundan müdafiə sistemləri məsələsi sadəcə bəhanədir: “Bu, bizi proqramdan çıxaranlar üçün maddi itkidir. Həmin proqrama qayıtmağımız hər kəsin xeyrinədir. Amma durub bunu düşünməyəcəyik, işimizlə məşğul olacağıq”.

Nazir həmçinin F-35 proqramı ilə məsələnin bundan sonra da gündəlikdə olacağını söyləyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Ellen Lord Türkiyənin F-35 proqramından çıxarıldığını bildirmişdi. O, buna səbəb kimi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasını göstərmişdi.

Check Also

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə ittiham olunan Suriya vətəndaşı Əhlam Əlbaşıra 1794 illik həbs …