Cümə , 29 Mart 2024
Drone Cameras

İsmayıllıda Vətən müharibəsində şəhid olmuş müəllimin ailəsi ziyarət edilib

Təhsil nazirinin müavini Firudin Qurbanov, mətbuat nümayəndələri İsmayıllıya mediatur çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş şəhərin 3 nömrəli məktəb-liseyinin tarix müəllimi Famil Əhmədzadənin ailəsini ziyarət edib.

“Report”un İsmayıllıya ezam olunan əməkdaşı xəbər verir ki, bu gün şəhidin anım günüdür.

Şəhidin ailə üzvləri ilə görüşən nazir müavini F.Qurbanov xatırladıb ki, Vətən müharibəsində 20 təhsil işçisi qəhrəmancasına vuruşaraq şəhid olub: “Şəhid müəllim bütün ölkə vətəndaşlarının, eləcə də ailə üzvləri və şagirdlərinin başını uca etdi. Özündən sonra tarix yazıb gedən qəhrəman müəllim daim xatirələrdə qalacaq”.

Ailə üzvləri şəhidin həyatından, müəllimlik fəaliyyətindən bəhs ediblər.

Qeyd edək ki, F.Əhmədzadə ötən il oktyabrın 14-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Check Also

Naxçıvan Təhsil Nazirliyinin Əsasnamə və strukturu təsdiqlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov Naxçıvan Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə …