Futbolçularımız uğurdan doymur.
Boyukmillet.com xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qazanılan qələbədən həzz aldığını söyləyib:
“Əldə etdiyimiz uğurun sevincini yaşayıb, bu andan həzz alıram. Yarımfinal üçün bütün oyunçularım hazırdır. Komandamızın hər bir üzvü yüksək səviyyədə çıxış edir. Futbolçularımız uğurdan doymur. Belə kollektivlə çalışdığım üçün qürur duyuram. İspaniya üçün tarixi bir gündür. Mübarizədə hara qədər davam edəcəyimizi zaman göstərəcək. Əminəm ki, sonda sevinən tərəf biz olacağıq”,
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında meydan sahiblərinə 2:1 hesabı ilə qalib gələn İspaniya növbəti mərhələyə yüksəlib. Yarımfinalda rəqib Portuqaliya – Fransa cütünün qalibi olacaq.