Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

İsrailin müdafiə naziri: “Hizbullah” müharibəyə qoşulsa, Beyrutu Qəzzanın taleyi gözləyir

Livanın “Hizbullah” qruplaşması İsrailə qarşı müharibəyə qoşulsa, bu, Beyrut sakinlərinin evlərini tərk etməyinə yol açacaq “ölümcül xəta” olacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant söyləyib.

O xəbərdarlıq edib ki, Livan vətəndaşları, “Hizbullah” lideri Həsən Nəsrullah “səhv etsə, Beyrutun taleyi Qəzzanın aqibəti ilə eyni olacağını” bilməlidirlər.

Qallantın sözlərinə görə, Qəzza zolağında İsrail Hərbi Hava Qüvvələri indi öz imkanlarının onda birindən azını işə salıb. O xatırladıb ki, ölkənin şimalında (Livanla sərhədlər yaxınlığında) aviasiya gücü “çox böyükdür”.

Check Also

ABŞ vizaları kütləvi şəkildə ləğv edir

ABŞ Dövlət Departamenti 2025-ci ilin yanvarından etibarən müxtəlif kateqoriyalar üzrə 85 min vizanı ləğv edib. …