Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

İstanbulda hərbi helikopter qəza təhlükəsi ilə üzləşib

İstanbulun Sabiha Gökçen Hava Limanında jandarm Baş Komandanlığına məxsus hərbi helikopterin arxa hissəsi işıq dirəyinə çırpılıb.

Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerli vaxtla saat 17:45-də, helikopter hava limanına enərkən baş verib. Qəza ilə əlaqədar əraziyə tibb işçiləri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Qeyd edilir ki, hadisə zamanı xəsarət alan və ya ölən olmayıb.

Hadisə səbəbindən hava limanının fəaliyyətində fasilə yaranmayıb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …