Bazar , 4 Oktyabr 2026
Drone Cameras

İstanbulda PKK-ya işləyən 10 nəfər tutulub

İstanbul Polis İdarəsinin Terrora qarşı Mübarizə İdarəsinin şəhərdə keçirdiyi antiterror əməliyyatı nəticəsində barələrində axtarış elan edilən 15 nəfərdən 10-u tutulub.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, antiterror əməliyyatı İstanbulun 4 rayonunda 15 ünvanda eyni zamanda keçirilib. Onlar terrorçu PKK-ya işləməkdə şübhəli bilinrlər. Tutulanların yaşadıqları mənzildə aparılan axtarış nəticəsində terror qruplaşmasnıa dair xeyli sənəd və digital materiallar aşkarlanıb. Daha 5 şübhəlinin axtarışı istiqamətində əməliyyat davam edir.

Ankara Prokurorluğu isə terrorçu PKK ilə bağlı apardığı istintaq çərçivəsində 12 şübhəlidən 10-nun tutulması barədə qərar qəbul edib.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …