Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İstanbulda Qarabağdan Anadoluya Gənclər Forumu keçirilib

“Qarabağdan Anadoluya: Gənclərin İstanbul/Qardaşlıq Forumu” Azərbaycan Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Azərbaycan Türkiyə Evinin tərəfdaşlığı “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutdu.

Boyukmillet.com xəbər verir ki, layihə rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin açılış nitqindən sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İstanbuldakı konsulumuz Zaur Allahverdi-zadə, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) deputatı Həsən Küçük, Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu çıxış edərək forumun əhəmiyyətinə diqqət çəkiblər.

Forum panel müzakirələri ilə davam edib.

Əziz dostlar! Ağır və şərəfli bir layihəni alnımızın ağı ilə həyata keçirtdik. Təbii ki, dostlarımızın dəstəyi ilə. Bizə bu məsuliyyətli işdə etimad göstərən və dəstək olan hər bir dostumuza, başda Azərbaycan Gənclər Fonduna, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın İstanbul Baş Konsulluğuna, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına və ilk gündən yanımızda olan bütün dostlara dərin təşəkkürümü bildirirəm.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …