Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İstanbulda taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinin açılışı olub

İstanbulda Ukraynanın dəniz limanlarından taxılın təhlükəsiz daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Türkiyənin milli müdafiə naziri Hulusi Akar iştirak edib.

Xatırladaq ki, taxıl dəhlizi ilə bağlı saziş iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Birgə Koordinasiya Mərkəzi Milli Müdafiə Universitetinin ərazisində fəaliyyət göstərir.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …