Çərşənbə , 14 Oktyabr 2026
Drone Cameras

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Boyukmillet.com komitəyə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilərək əl yükü və baqajına stasionar rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan əl yükü və baqajda ətraflı gömrük yoxlaması aparılıb. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən külli miqdarda – 36 adda 16 036 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Check Also

ABŞ-nin narkotik ticarətçilərinə zərbələri kokain daşınmasının qarşısını ala bilməyib

ABŞ ordusunun narkotik daşımaqda şübhəli bilinən gəmilərə endirdiyi zərbələr kokain istehsalı və tədarükünün artımını dayandıra …