Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İstintaq qrupunun rəhbəri: “Helikopterin texniki göstəricilərində nasazlıq olmayıb”

“Helikopterin istismar müddəti 35 ildir. İstehsalçı şirkətin tələblərinə görə 2020-ci ildə helikopter təmirə göndərilib. 2021-ci ildə təmirdən sonra sınaq uçuşları keçirilib və təhvil verilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib.

Onun sözlərinə görə, helikopterin texniki göstəricilərində nasazlıq olmayıb: “2013-cü ildə helikopterin “qara qutu”su yenilənib. Belə ki, o daha çox parametrlər qeydə alınan sistemlə əvəzlənib. Müqavilə əsasında Çex Respublikasında “qara qutu” yenilənib və təhvil verilib.

Çex Respublikası və Azərbaycanın Baş Prokurorluğu tərəfində qəzadan sonra “qara qutu” açılıb və göstəricilər istintaqa təhvil verilib. 30 noyabr tarixində qəzaya qədər helikopter 17 dəqiqə 24 saniyə uçuş həyata keçirib. Uçuşa hazırlıq və uçuş müddəti helikopterdə heç bir nasazlıq müşahidə edilməyib və istintaq zamanı da heç bir nüans aşkarlanmayıb. Helikopterin enmə əməliyyatını yerinə yetirən zaman qəzaya uğraması müəyyən edilib. Qəzaya 25 saniyəyə qalan müddətə qədər heç bir nasazlıq olmayıb. Küləyin istiqamətini nəzərə almadan, uçuş metodikasını uyğun olmayan addımlara yol verildiyindən qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsə də hündürlüyün sürətlə azalması hadisəni qaçılmaz edib”.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …