Cümə , 26 Aprel 2024
Drone Cameras

İyirmi minə yaxın çinli həkim koronavirusa yoluxub

İyirmi min nəfərə yaxın çinli həkim ölümcül koronavirusa (COVID-19) yoluxub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin sədr müavini Tszen İsinə istinadən məlumat yayıb.

O, qeyd edib ki, tibb işçiləri arasında da yoluxma faktları durmadan artır: “11 fevral tarixində olan məlumata əsasən, Çində tibb işçiləri arasında 1716 virusa yoluxma faktı qeydə alınıb. Onlardan 6 nəfəri vəfat edib. Tibb personalı arasında yoluxma halları durmadan artmaqdadır”, T. İsin bildirib.

Bir qədər əvvəl Çin həkimlərinin koronavirusun səbəb olduğu pnevmoniyanın müalicəsində effektiv üsul hazırladıqları xəbər verilmişdi. Bildirilirdi ki, xəstələrə bu virusdan sağalan donorların qan plazması vurulacaq.

Son məlumatlara görə, 64 mindən çox insan koronavirusa yoluxub. 1383 nəfər ölüb, 6766 nəfər müalicə nəticəsində sağalıb.  Koronavirusa ilk yoluxma faktı ilk dəfə keçən ilin dekabr ayında Çinin Vuhan şəhərində qeydə alınıb. Virus Çinlə yanaşı, 20-dən çox ölkəyə yayılıb.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …