Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İzmirdə meşəlik ərazidə yanğın baş verib

Türkiyənin İzmir şəhərinin Qaziemir rayonunda meşəlik ərazidə yanğın çıxıb.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Sarnıç gölməçəsi yaxınlığında baş verib.

Bildirilib ki, bölgənin meşəçilik administrasiyasına aid 5 təyyarə, 8 helikopter, 21 su tankeri, 8 su təchizat vasitəsi və 6 buldozer əraziyə cəlb edilib.

Yanğına müdaxilə müddətində bölgəyə yaxın olan Adnan Menderes Hava Limanında hava nəqliyyatının uçuş-enişində ləngimələr olub. Tüstü azaldıqdan sonra hava nəqliyyatı axını normal vəziyyətə düşüb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …