Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Jurnalist deputatı ÇƏTİN DURUMA SALDI – Bunlar nə yeyirlər… nə içirlər…

“Deputat İqbal Məmmədovun sualıma cavabı…ikinci sualımı sildi”.

Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalist Məğrur Salmanov status paylaşıb.

Deputat İqbal Məmmədovla “facebook”da dialoqa girən jurnalistin qeydlərindən belə aydın olur ki, hörmətli millət vəkilimiz çətin anlar yaşayıb. Hətta rəsmi qaydada, öz dili ilə qanunları pozduğunu da etiraf edib.

Görünəni odur ki, “məni öz biznesimi kiməsə bağışlamalı idimmi?” deyə sual edən deputatımız qanunqayıran yerdə otursa da, qanunlardan tam xəbərsizdir.

Oxucu marağına səbəb olacağını güman etdiyimizdən jurnalist Məğrur Salmanovun statusunu təqdim edirik:

“Çox bəsit sual vermişəm. Lerikin problemi ilə bağlı bir dəfə olsun ki, parlamentdə danışmısınız? Və yaxud hansısa problemlə bağlı aidiyyatı qurumlara müraciət etmisiniz? Lerikin elə kəndi var cəmi 5 ailə yaşayır, mal peyni yandırırlar. Hər kənddə 5-10 ailə yaşayır deyə kilometrlərlə qaz çəkmək hökumətə sərf eləmir. “Bir neçə yaxın kəndin birləşməsi təklifini parlamentdə qadırın” deyə xitab eləmişdim. Şərhimi sildi…”

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…
/DİA.AZ

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …