Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Kəlbəcərə komendant təyin edilib, polis şöbəsi şəhərin mərkəzində yerləşdirilib

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”.

Bunu  açıqlamasında Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib.

O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:

“Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenant Haqverdi Əkbərov komendant təyin edilib”.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …