Kəlbəcər və Laçın rayonlarında yeni hərbi obyektlər tikilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.
Nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib.