Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Kəlbəcəri boşaldan ermənilər ev və meşələri yandırır

Noyabrın 10-da qəbul edilən bəyanata əsasən, Kəlbəcəri də boşaltmalı və Azərbaycana təhvil verməli olan ermənilər gedərkən yanğınlar törətməyə başlayıblar.

Boyukmillet.com  xəbər verir ki, bu barədə ermənilər özləri “Sputnik Armeniya”ya məlumat verib.

Onlar bildiriblər ki, Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur edilib. Bundan sonra sakinlər də Ermənistana köç etməyə başlayıblar. Ancaq getdikləri zaman uzun illər qanunsuz məskunlaşdıqları və yaşadıqları evlərə od vurub yandırıblar. Həmçinin, ətrafdakı meşələrə də bilərəkdən od vurulub.   

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …