Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Kəlbəcərin 1-ci yaşayış kompleksində sakinlər üçün hər bir şərait yaradılıb

Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində sakinlər üçün hər bir şərait yaradılıb.

“Report”un Qərb bürosu xəbər verir ki, bu barədə Prezidentin izi ilə Kəlbəcərə təşkil olunan mediaturda məlumat verilib.

Bildirilib ki, müasir üslubda və yüksək standartlara uyğun inşa olunan yaşayış kompleksindəki mənzillər bütün zəruri xidmətlərlə təmin olunub. Yaşayış binalarının həyətində sakinlərin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif məkanlar yaradılıb, qurğular inşa olunub.

Qeyd edək ki, avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Check Also

Suraxanı icra başçısına töhmət verilib, Xəzər icra başçısına xəbərdarlıq edilib

Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına (Adil Əliyev) töhmət, Xəzər Rayon İcra …