Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Kamran Əliyev: “Gəncə terroru ilə bağlı hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”

“Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”.

Boyukmillet.com -un xəbərinə görə, bunu Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa verilib:

“Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından aslı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”.

Check Also

Hərbçilərlə bağlı YENİ QAYDA – RƏSMİ

Təlim və toplanışlara çağırılan hərbi vəzifəlilərin iş yerini itirib-itirməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Boyukmillet.com …