Cümə axşamı , 2 May 2024
Drone Cameras

KARAKUŞUN İLK UÇUŞU: Mətbuat üzərində QARA BULUDA ÇEVRİLDİ – Bunları başımıza KİM ÇIXARIB?

Məlum olduğu kimi, “Azərlotereya” ASC-nin İdarə Heyətində dəyişiklik olub.

Boyukmillet.com xəbər verir ki, şirkətin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışan Osman Karakuş İdarə Heyətinin sədri/İcraçı direktoru təyin olunub. O, bu vəzifədə Türkiyənin ən böyük şans və mərc oyunları şirkəti “Misli.com”a icraçı direktor vəzifəsinə təyin olunan Zafer Reisoğlunu əvəzləyib.

Əslində bu hadisə bizim üçün bir KİV olaraq sıradan bir xəbər əhəmiyyətində olsa da, hörmətli Osman Karakuş cənabları özünü belə hiss etdirmədi.

Gəldiyi ilk gündən onun imzası ilə iyirmiyə yaxın kütləvi informasiya vasitəsinə HƏDƏ DOLU bir müraciət ünvanlanıb və bu müraciətdə KİV nümunəsi aşkar şəkildə hədələnir, “Azərlotereya” ASC barədə yer alan neqativ xəbərin yığışdırılması və eyni zamanda təkzib verilməsi tələb olunur. Təkzib mətnində sə mətbu orqan az qala yerin dibinə soxulur… tək qalanı üzr istəyəcək saytın və yaxud da qəzetin yerlərə düşərək cənab Osman Karakuşun ayaqlarına döşənməsidir.

Təbii ki, biz “Azərlotereya” ASC rəhbərliyinin kimdən belə ilhamlandığının tam fərqindəyik. Amma deyəsən, onlar fərqində deyillər ki, Azərbaycanda hansıa maliyyə şəbəkəsinin biznes maraqlarını hakimiyyətin mühüm qollarından olan mətbuatın ayaqlar altına atılması hesabına kimsə qorumayacaq.

Olsun, cənab Osman Karakuş məhkəməyə müraciət edə də bilər, cərimə ksədirə də bilər. Amma bu son deyil və bəri başdan bəyan edirik ki, haqqımızı Azərbaycandan kənarda da, Azərbaycan dövlətinin imzladığı beynəlxalq qanunlara güvənərək – Avropa məhkəməsində də müdafiə edəcəyik.

Osman bəyə gəlincə isə… Maləsəf ona xoş nələrisə diləyə, uğurlar deyə bilmirik. Çünki məşğul olduğu sahə məhz AZƏRBAYCAN VƏTƏNDAŞININ CİBİNİ HƏDƏFLƏYƏN, ona rifah yox, onun son qəpiyinə tamah salan bir istiqamət olduğundan cənab Karakuşa yalınız və yalnız “ALLAH HEÇ BAZAR VERMƏSİN” deyəcəyik…

Yenə də qarşı tərəfi dinləməyə hazırıq…

MÖVQEYİNİ DİNLƏMƏYƏ HAZIRIQ… Hədələrini yox… Azərbaycan kim üçünsə dədəsinin çiftliyi deyil… BUNU DƏ YƏQİN EDİN…

DİA.AZ

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …