Bazar , 27 Aprel 2025
Drone Cameras

Keçən il xaricdə təhsil almış 1000-dən çox şəxsin diplomu tanınmayıb

Keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 021 müraciətin ekspertizası keçirilib ki, onlardan 5 868-nə müsbət, 1 153-nə isə mənfi rəy verilib.

Boyukmillet.com  xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin müddətdə 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib: “Ümumilikdə, qiymətləndirilmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 171 vətəndaşa 330 ədəd peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib”.

Check Also

Əziz Ələkbərli: Qərbi Azərbaycanda bizim zəngin mədəni irsimiz, çoxlu memarlıq abidələrimiz var

Azərbaycanın müxtəlif universitetlərində Qərbi Azərbaycanla bağlı elmi-tədqiqat şöbələrinin açılması prosesi davam edir. Memarlıq və İnşaat …