Şimali Kiprin Girne sahillərində insan tələfatı ilə nəticələnən dəhşətli gəmi qəzası üzrə saxlanılan Azərbaycan vətəndaşları, Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti daha 7 gün uzadılıb.
Boyukmillet.con xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi oktyabrın 23-nə təyin olunub.
Xatırladaq ki, faciəvi qəza avqustun 30-da Şimali Kipr sahillərində baş verib.
Xilasetmə əməliyyatları zamanı 239 nəfər sağ çıxarılsa da, 26 nəfərin meyiti tapılıb. İtkin düşmüş daha bir sərnişinin axtarışları davam etdirilir.
Qəza ilə bağlı ümumilikdə 9 nəfər saxlanılıb ki, onların da 3-ü Azərbaycan vətəndaşıdır.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
