Cümə , 22 Noyabr 2024
Drone Cameras

KİV: “ABŞ və Rusiya arasında nüvə qarşıdurması fəlakətli həddə çatıb”

ABŞ-ın Rusiya ilə bağlı xarici siyasəti dünyanı nüvə müharibəsi təhlükəsi həddinə çatdırıb.

Boyukmillet.com xəbər verir ki, bunu “Harpers Magazine” jurnalı yazıb.

Məqalədə amerikalı tarixçi və diplomat Corc Kennan səsləndirdiyi fikirlərdən sitat gətirilib. O, 1997-ci ildə bildirmişdi ki, Vaşinqtonun soyuq müharibə atmosferini bərpa etmək səyləri Ağ evin üzləşəcəyi ciddi səhv addım olacaq.

Bildirilib ki, ABŞ nümayəndələri bununla yanaşı, nüvə təhlükəsizliyi və təminatı sahəsindəki öhdəliklərini genişləndirirmək istiqamətində səylərini davam etdiriblər.

Məqalədə vurğulanıb ki, Ağ Ev Rusiya ilə açıq münaqişəyə getməyə yaxınlaşır. Bütün bunlar ABŞ və Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirməsinə gətirib çıxarıb. Hazırki məqamda iki ölkə arasında nüvə qarşıdurması tarixdə görünməmiş şəkildə fəlakətli həddə çatıb.

Check Also

Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb

Türkiyənin Kayseri şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində keçmiş FETÖ lideri Fətullah Gülənin mühafizəçisi saxlanılıb. Boyukmillet.com xəbər …