Bazar , 11 Yanvar 2026
Drone Cameras

KİV: “Rusiya İrandan aldığı PUA, silah-sursat və texnikaları Xəzər dənizi ilə daşıyır”

“Rusiya Ukraynadakı müharibə səylərini gücləndirmək üçün İran rejimindən aldığı pilotsuz uçuş aparatları, silah-sursat, minaatanları və digər hərbi texnikaları böyük ehtimalla Xəzər dənizi ilə daşıyır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, müşahidələrə əsasən, Rusiya və İran arasında əməkdaşlıq dərinləşdikcə Xəzər dənizindəki gəmilərin getdikcə daha çox “qaranlıq işlər gördüyü” müəyyən etmək olur.

“EOS Risk Group” təhlükəsizlik şirkətinin kəşfiyyat üzrə analitiki Martin Kelli deyib: “Sərhəd ölkələrə görə İranın Xəzər dənizi vasitəsilə ixracı üçün heç bir risk yoxdur. Xəzəryanı ölkələrin bu cür mübadilələrə mane olmaq imkanı və ya motivi yox dərəcəsindədir”.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …