Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

KİV: “Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər”

Rusiya Avropaya nüvə zərbəsi endirə bilər.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu qənaətə Pentaqonun sifarişlərini yerinə yetirən ABŞ mərkəzli araşdırma mərkəzi olan “Rand Corporation”ın analitikləri gəlib.

Bildirilib ki, Rusiya Ukraynadakı münaqişənin “üfüqi eskalasiyasına” gedərək NATO-nun avropalı üzvlərinə sıçratmaqla zərbələr endirmək qərarına gələ bilər.

Qeyd olunub ki, NATO-nun Ukraynadakı müharibəyə birbaşa hərbi müdaxiləsinin qaçılmaz olması Rusiyanı belə bir addım atmağa sövq edə bilər.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …