Cümə , 26 Aprel 2024
Drone Cameras

Kiyevdə vəziyyət nəzarətdən çıxır – Ali Rada mühasirəyə alındı – FOTOLAR

Ukrayna Ali Radasının deputatları ölkənin şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları”nı terror təşkilatı kimi tanımaqdan imtina ediblər.

Boyukmillet.com “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “News One” telekanalı bildirib.

Məlumata görə, Donbasın reinteqrasiyası haqqında qanun layihəsinə təklif olunan düzəlişə 340 parlament üzvündən yalnız 76-sı səs verib.

Ali Rada ikinci oxunuşda sənədə baxır. Sənəd sülh vaxtı prezidentə ölkənin müstəqilliyinin müdafiəsi üçün silahlı qüvvələrdən istifadə etmək hüququ verir. Onun qəbulu müharibə elan etmədən ölkənin şərqində ordunun tətbiqini qanuniləşdirməyə imkan verəcək.

Qanun layihəsində Kiyevin nəzarətində olmayan Donbasın əraziləri “işğal edilmiş ərazilər”, Rusiya isə “təcavüzkar ölkə” adlandırılır.

Sənəd 2017-ci ilin oktyabrında birinci oxunuşda bəyənilib.

Məlumata görə, hazırda millətçilər bu qanunu qəbul etməyi tələb edərək parlament binasını mühasirəyə alıblar. Aksiya zamanı Rusiya bayrağı yandırılıb. Şahidlərin sözlərinə görə, təhlükəsizlik əməkdaşları buna mane olmağa çalışsalar da bacarmayıblar.

Hakimiyyət əmin edib ki, vəziyyət nəzarət altındadır. Kiyevin mərkəzində hüquq-mühafizə orqanlarının təxminən dörd min əməkdaşı keşik çəkir. Ali Radanın mühafizəsi gücləndirilib. (Publika.az)

 
 
 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir