Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Kobaxidze hüquq-mühafizə orqanlarını seçkilərdən əvvəl təxribatların qarşısını almağa çağırıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hüquq-mühafizə orqanlarını 26 oktyabr parlament seçkiləri ərəfəsində xüsusilə ayıq-sayıq olmağa və müxalifətin mümkün təxribatlarının qarşısını almağa çağırıb.

“2016-cı ildə deputat Givi Tarqamadzeyə sui-qəsd cəhdində ittiham olunan Darço Xeçuaşvilinin Gürcüstana qanunsuz daxil olmaq cəhdinin şübhəli fonunda və radikal müxalifətin partiya ofislərində aparılan cari söhbətləri nəzərə alaraq, bütün hüquq-mühafizə qurumlarını növbəti iki həftə ərzində xüsusi sayıqlıq göstərməyə və təxribatların qarşısını almaqla bağlı diqqətlə işləməyə çağırıram”, – Kobaxidze brifinqdə bildirib.

İ.Kobaxidze, həmçinin müxalifəti təxribatlar planlaşdırmaqdan çəkinməyə çağırıb: “Dövlət istənilən təxribata ən sərt cavabı verəcək”.

Bununla yanaşı, o qeyd edib ki, seçki kampaniyası “misli görünməmiş sakit şəraitdə” keçir və bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nəşri də təsdiqləyir.

Check Also

Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər …