Bazar , 8 Fevral 2026
Drone Cameras

Kollegiya işğaldan azad edilmiş ərazilərdə vəkil bürolarının yaradılması üçün hökumətə müraciət edib

“Vəkillər Kollegiyası işğaldan azad edilmiş ərazilərdə vəkil bürolarının yaradılması ilə əlaqədar hökumətə müraciət edib”.

Boyukmillet.com  xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, sözügedən müraciətdə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə şəhər planlaşdırılmaları zamanı vəkil büroları üçün yerlər müəyyən olunsun:

“Çünki vəkillərin fəaliyyəti üçün mütləq binalar, ofislər olmalıdır. Onlar vətəndaşları bu bürolarda qəbul etməlidirlər. Əminəm ki, biz bu sahədə hökumətlə əməkdaşlıq edəcəyik və lazımi şərait yaradılacaq.

Ümumiyyətlə biz də Vəkillər Kollegiyası olaraq imkanlarımızdan istifadə etməklə çalışacağıq işğaldan azad olunmuş şəhər və rayonlarımızda müasir vəkil qurumları fəaliyyət göstərsin”.

A. Bağırov vurğulayıb ki, zərurət yarandıqda Azərbaycan vəkilləri bu ərazilərdə hüquq-müdafiə fəaliyyətlərini həyata keçirirlər və getdikcə bu fəaliyyət daha da genişlənəcək.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …