Bazar , 24 Noyabr 2024
Drone Cameras

Komitə sədri: Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur

Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.

O qeyd edib ki, mina qurbanlarının üçdə biri uşaqlardır:

“Humanitar minatəmizləmə əməliyyatları müharibə başa çatdıqdan sonra həyata keçirilir. Azərbaycan dünyada minalarla çirklənən ölkələr sırasında ilk sıradadır. Ölkənin ümumi ərazisinin 12-i faizi minalarla ciddi şəkildə çirkləndirilib.

İndiyə qədər 3 min 400-dən çox Azərbaycan vətəndaşı minadan əziyyət çəkib. Onların 270-dən çoxu bu faciə səbəbindən həyatını itirib. Mina qurbanlarının 358-i uşaqlar, 38-i qadınlardır”.

Komitə sədri əlavə edib ki, “Minatəmizləmə fəaliyyəti haqqında” yeni hazırlanan qanun layihəsi dövlət siyasətinin müəyyən olunmasında ciddi əhəmiyyət daşıyır.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …