Bazar , 19 Yanvar 2025
Drone Cameras

Konstitusiya Məhkəməsi vətəndaşın apellyasiya şikayəti hüququnun pozulduğunu təsdiqləyib

Konstitusiya Məhkəməsi vətəndaş E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair qərar qəbul edib

Boyukmillet.com xəbər verir ki, sənəddə birinci instansiya məhkəməsinin çıxardığı qərardan narazı qalan vətəndaşın apellyasiya şikayətinin təmin olunmadığı bildirilib.

Konstitusiya Məhkəməsi vətəndaşın apellyasiya hüququnun təmin olunmamasının Əsas Qanuna uyğun olmadığını hesab edib.

Milli Məclisə isə birinci instansiya məhkəməsinin çıxardığı hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi tövsiyə olunub.

Eyni zamanda qərarda bildirilib ki, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsinin çıxardığı hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilməli, həmçinin işə yenidən baxılmalıdır.

Nəcməddin Quluzadə

Check Also

DİN İmişlidəki qəzanın görüntülərini yayıb

Daxili İşlər Nazirliyi (DİN) İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. Boyukmillet.com  xəbər verir ki, …