Cümə , 26 Aprel 2024
Drone Cameras

Koronanın yeni dalğası: Əsas bundan narahatıq – Professor

Azərbaycanda koronavirusla bağlı yoluxma sayı ötən aylara nisbətən azalıb. İkinci dalğanın start götürməsi isə gözlənilən deyil.

Boyukmillet.com bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında professor Adil Qeybulla Azərbaycanda koronavirusun ikinci dalğasının meydana gəlmə ehtimalı haqda danışarkən deyib.

Avropada COVİD-19-un ikinci dalğasının yayılması haqda danışan ekspert bunun səbəbini birinci dalğanın tamamilə aradan qalxması ilə əlaqədar olduğunu bildirib:

“Bir çox Avropa ölkəsində isə artıq koronavirusun ikinci dalğası başlayıb və ÜST bununla bağlı həyəcan təbili çalır. Hazırda Avropada yoluxma tədricən yüksəlməkdədir. Buna görə də həmin ölkələrdə pandemiyanın ikinci dalğası elan edilib. Bizdə isə bu, reinfeksiyadır, onu ikinci dalğa adlandırmaq olmaz. Azərbaycanda birinci dalğa qurtarmamış ikinci dalğanın olması gözlənilmir. Hazırda ən böyük problem payız vaxtı soyuqdəymə xəstəlikləri ilə COVİD-19-un diferensiasiyası ola bilər. Bundan sonra isə virusun təxminən zəifləyib yoxa çıxacağı proqnozlaşdırılır. Əsas qorxumuz payızda mövsümi soyuqdəymə xəstəlikləridir. Bu, öz növbəsində COVİD-lə qarışıqlıq yarada bilər”.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …