Cümə , 26 Aprel 2024
Drone Cameras

Koronavirus bioloji müharibədirmi? – Səfirdən açıqlama

“Biz koronavirusu artıq nəzarət altına almağa başlamışıq”. 

Boyukmillet.com xəbər verir ki, bunu Çinin Türkiyədəki səfiri Denq Li “AHaber”ə müsahibəsində koronavirusdan danışarkən bildirib.

Diplomat “Koronavirus bioloji müharibədirmi” sualını isə belə cavablandırıb: “Çin hökuməti olaraq alimlərimizi bir araya gətirərək virusun mənbəyini tapmağa çalışırıq. Hazırda bir məsələdə fikirlərimiz üst-üstə düşür. Böyük ehtimalla, bu virus vəhşi heyvanlardan keçib. Çünki koronavirus, əslində, yarasadakı virusa 96% bənzəyir”.

Xatırladaq ki, Çinin Uhan şəhərində başlayan koronavirusdan ölənlərin sayı 1100-ü ötüb, yoluxanların sayı isə 42 mindən çoxdur.  

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …