Çərşənbə axşamı , 4 Mart 2025
Drone Cameras

Koronavirusun yeni simptomları üzə çıxdı

Koronavirus epidemiyasının bilinən simptomlarından başqa yeni simptomları ortaya çıxıb.

Almaniya alimləri COVID 19-a yoluxan insanların üçdə-ikisində bir müddət sonra qoxu və dad hisslərinin baş qaldırdığını açıqlayıb.

“Frankfurter Allgemeine Zeitung”a açıqlama verən Bonn Universiteti Xəstəxanası Virologiya İnstitutunun rektoru Hendrik Strik bildirib ki, koronavirus xəstələrinin 30%-də ishal müşahidə edilir.

Lakin bununla belə, xəstələrin əksər hissəsi yüngül simptomlar keçirir. SARS-dan daha az təhlükəli olan koronavirusun ən böyük təhlükəsi sürətli yayılmasıdır.

Koronavirusun bilinən simptomları:

Quru öskürək: Virus aşağı və yuxarı tənəffüs yollarına təsir edir. Buna görə də ən çox bu simptoma rast gəlinir.

Yüksək qızdırma: Virusun orqanizmə verdiyi zərər səbəbilə qızdırma kəskin qalxır.

Boğaz ağrısı: Tənəffüs yollarına keçən virus qaldığı bölgədə ağrıya səbəb olur. Bu da qıcıq yaradır.

Tənəffüs çatışmazlığı: Xəstəliyin ölümcül nəticələrə gətirib çıxarmasında ən böyük rol oynayan simptom. Xüsusilə, tənəffüs yollarında problemi olan xəstələr daha tez dünyasını dəyişə bilər.

Yorğunluq: Virusun orqanizmdə yaratdığı ümumi vəziyyət səbəbilə xəstə özünü yorğun hiss edə bilər. Sümük və əzələ ağrıları baş qaldıra bilər.

Başağrısı: Yuxarı tənəffüs yollarına təsir edən virus tənəffüs çatışmazlığı, boğaz ağrısı və digər simptomlara görə başağrısı verə bilər.

İshal: Virusun ən az rast gəlinən simptomu ishaldır.

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …