Cümə , 22 Noyabr 2024
Drone Cameras

Korotçenko: “Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında səmimi və açıq dialoq gözləməyə dəyər”

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında səmimi və açıq dialoq gözləməyə dəyər, çünki İrəvan hər zaman əvvəlki öhdəliklərini yerinə yetirməməyə can atıb. Üstəlik, o, Azərbaycanı günahlandırmaqla yanaşı, vaxtı uzatmağa çalışıb”.

Boyukmillet.com xəbər verir ki, bunu hərbi ekspert, Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

Ekspert qeyd edib ki, bu həftənin əlamətdar hadisəsi Rusiya, Ermənistan və Azərbaycan liderlərinin iştirak edəcəyi Moskva sammiti olacaq: “Hesab edirəm ki, Vladimir Putinin iştirakı ilə Nikol Paşinyan çətin ki, qeyri-konstruktiv siyasətini davam etdirə biləcək. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev də burada olacaq. O, bütün məsələlərə açıq şəkildə aydınlıq gətirəcək, çünki Ermənistan rəhbərliyi tamamilə qeyri-konstruktiv siyasət yürüdür. Bu siyasət təkcə Azərbaycana deyil, həm də Rusiyaya qarşı açıq şəkildə düşmənçilik xarakteri daşıyır. Paşinyanın Qərbə sürətlə yaxınlaşmasının və İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa hazır olması ilə bağlı üstüörtülü hədələr səsləndirməsinin şahidi olmuşuq”.

Politoloqun fikrincə, sülh müqaviləsinin alternativi yoxdur: “Bu mənada əsas məsələ sülh müqaviləsinin dəqiq parametrlərini müəyyən etməkdir. Sülh müqaviləsinin imzalanmasına hələ uzun yol var. Sülh müqaviləsinə alternativ yoxdur. Onun imzalanmasının gecikməsi ilk növbədə Ermənistana zərbə vurur. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, daha sonra ziddiyyətli bəyanatlar verir. Ermənistanın belə qeyri-konstruktiv davranışı həm Putin, həm də İlham Əliyev tərəfindən rədd ediləcək”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …